“Ölüm istədin, arzun gerçəkləşəcək”

21 Yanvar 2024 06:13

Cənubi Afrikalı MMA döyüşçüsü Drikus du Plessis amerikalı həmkarı Şon Striklendə müraciət edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Döyüşlə bağlı heç bir proqnozum yoxdur. Necə deyərlər, nə istədiyinə diqqət et. Ölümü istədin. Arzun gerçəkləşəcək, dostum", - deyə Plessis Striklendlə döyüşdən əvvəl mətbuat konfransında bildirib.

Drikus du Plessis ilə Şon Striklen arasında döyüş yanvarın 20-dən 21-nə keçən gecə Torontoda (Kanada) "Scotiabank Arena"da UFC 297 turniri çərçivəsində keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun