Bu ölkənin keçmiş baş nazirinə 7 il həbs istənilir

20 Yanvar 2024 19:25

Moldova prokurorları keçmiş baş nazir Vladimir Filatın maliyyə fırıldaqlarına görə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə "Facebook"da məlumat verib.

"Siyasi dosyeyə əsasən, bu gün prokuror mənə 7 il həbs istəyib", - Filat məhkəmə iclasından sonra yazıb.

Bundan başqa, ölkənin prokurorları 2014-cü il seçki kampaniyası zamanı siyasətçi hazırda ləğv prosesində olan "Sberbank"ın Moldova filialından qeyri-qanuni çıxarılan vəsaitlərdən istifadə etdiyini deyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun