Bu il Şuşada "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq

20 Yanvar 2024 13:09

Hazırda Şuşada "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı işlər gedir.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bugün Şəhidlər Xiyabanını ziyarət edərkən deyib.

"Bu il Şuşadakı mərkəz fəaliyyətə başlayacaq. Gələcək illərdə Ağdam, Cəbrayıl, Laçın şəhərlərində regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun