"Fənərbağça"nın futbolçusu İngiltərə yolunda

20 Yanvar 2024 17:45

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Sebastyan Şimanski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.

Xəbərə görə, polşalı hücumçu "Tottenhem"in diqqət mərkəzindədir.

İstanbul klubunun polşalı hücumçusunu 35 milyon avroya satmaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Şimanski cari mövsüm "Fənərbağça" forması ilə 32 rəsmi matça çıxaraq, 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun