Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi

19 Yanvar 2024 21:22

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib:

"Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun