"Borussiya" ukraynalı futbolçu ilə müqaviləni uzatdı

20 Yanvar 2024 06:53

Dortmund "Borussiya"sı futbolçusu Danilo Krevsunla yeni müqavilə imzalayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.

Hazırda "Borussiya Dortmund U-19"da çıxış edən Krevsunun növbəti mövsümdən üçüncü dərəcəli Bundesliqa komandasında oynamağa başlayacağı da vurğulanır.

Danilo bu mövsüm bütün yarışlarda 18 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun