Təyyarə göydə alovlandı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

19 Yanvar 2024 17:52

Mayami Beynəlxalq Hava Limanından havaya qalxan "Boeing 747" təyyarəsi göydə alışıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dəhşətli görüntülər mobil telefon kamerası ilə lentə alınıb.

Məlumata görə, "Atlas Air" şirkətinə məxsus "Boeing 747-8" yük təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrikində nasazlıq səbəbindən Mayami Beynəlxalq Hava Limanına təcili eniş etməli olub.

"Ekipaj bütün standart prosedurlara riayət etməklə təhlükəsiz şəkildə Mayamiyə qayıdıb", - "Atlas Air"in açıqlamasında deyilir.

Mayami Beynəlxalq Hava Limanından bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun