Sistan və Bəlucistanda SEPAH mərkəzinə hücum edildi

19 Yanvar 2024 16:00

Yanvarın 18-i gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Aşar şəhərində SEPAH mərkəzinə silahlı hücum edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, mərkəzə hücum zamanı iriçaplı avtomat silahlardan atəş açılıb.

İnsan itkisi və hücum edənlərin kimliyi barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun