Ukraynanın xarici işlər naziri Azərbaycana səfər edəcək
30 May 2012 18:05
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko iyunun 5-də Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində rəsmi şəxslərlə planlaşdırılan görüşlərdə ikitərəfli münasibətlər müzakirə ediləcək.
"Səfər zamanı Qrişenko, həmçinin 19-cu Beynəlxalq "CASPIAN OIL & GAS 2012" Sərgi və Konfransında iştirak edəcək", - Abdullayev qeyd edib.
Milli.Az