Şahruddinin yeni baş məşqçisi açıqlandı

18 Yanvar 2024 23:05

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"un yeni baş məşqçisi açıqlanıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi Hikmət Karamanla anlaşıb.

Klubun yaydığı rəsmi məlumata görə, tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb. O, bu postda Patrik Klyuverti əvəz edib. 

Qeyd edək ki, 63 yaşlı mütəxəssisin son klubu 2022-ci ildə "Kayserispor" olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun