Bayden Ukraynaya yardımdan danışdı: Fəlakət olar!

19 Yanvar 2024 00:35

ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.

"Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı", - Bayden bildirib.

O, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun