8 aydır oynamırdı, cəzası bitdi

18 Yanvar 2024 22:43

İngiltərənin "Brentford" klubunun hücumçusu Ayven Toni yenidən futbol oynaya bilər.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, forvardın mərc oyunlarına görə üzləşdiyi cəzanın müddəti başa çatıb. O, paylaşımında "Azadlıq!" yazaraq 8 aydan sonra futbol oynaya biləcəyini bildirib.

Qeyd edək ki, Toni 2022-ci il mayın 17-dən heç bir oyunda çıxış etməyib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun