Azərbaycanda oğlan uşaqları çoxluq təşkil edir - Ciddi problemlər olacaq - VİDEO

18 Yanvar 2024 19:51

Hər il doğulan oğlan uşaqları çoxluq təşkil edir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu statistik rəqəmlər də sübut edir. Təkcə ötən il ərzində doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.

Həkimlər bu göstəricinin artmasının səbəbini birbaşa ailələrdə görür.

Oğlan uşaqlarına maraq bu sayın artmasına gətirib çıxarır.

Onlar bildirir ki, hər nə qədər oğlan uşağına meyillik fikrindən ailələri daşındırmaq istəsələr də amma nəticə dəyişmir.

Sosioloqlar isə bu göstərcinin gələcəkdə ciddi problemlərə yol acaçağını deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun