Elektron reseptlə dərman alınması necə baş verəcək? - VİDEO

18 Yanvar 2024 21:00

Bundan sonra apteklərdən elektron reseptsiz dərman əldə etmək mümkün olmayacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu müsahibəsində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib.

O qeyd edib ki elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlara şamil edilməyəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq.

Dərman alınması qaydasına gəlincə isə o, bildirib ki, reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınacaq, amma elektron resept aktiv qalacaq və vətəndaş başqa əczaçılıq müəssisəsinə müraciət edib dərman vasitələrini ala biləcək.

Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun