"WhatsApp"da növbəti YENİLİK

18 Yanvar 2024 20:02

"WhatsApp" tərtibatçıları yeni funksiyanı açıqlayıblar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Qeyd olunur ki, yenilik kanallarda administratorlar və kanal sahibləri tərəfindən səsli mesajların göndərilməsi funksiyasıdır.

Şirkət bildirir ki, 2 milyard istifadəçi bazası gündəlik 7 milyard səsli mesaj göndərir.

Şirkət həmçinin kanal yeniləmələrini şəxsi "WhatsApp" statusuna - söhbət proqramının hekayələr funksiyasına paylaşmaq imkanı yaradır.

"İnstagram"da istifadəçilərə kanallardakı yazıları hekayələrinə əlavə etmək imkanı verən oxşar xüsusiyyət var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun