Keçmiş birinci tennisçi dələduzluqda ittiham edildi

18 Yanvar 2024 07:35

İspaniyada dünyanın keçmiş bir nömrəli tennisçisi, ispaniyalı Aranta Sançes Vikario fırıldaqçılıq ittihamı ilə şərti iki il həbs cəzası alıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Barselona məhkəməsinə istinadən məlumat yayılıb.

Sançes Vikario keçmiş əri Xosep Santakana və daha üç nəfər Lüksemburq bankına 7,6 milyon avro (təxminən 14 milyon manat) borcunu ödəməmək üçün aktivlərini gizlətdiklərinə görə cəzalandırılıblar.

Tennisçi özünü təqsirli bilməyib və keçmiş ərinin onun pullarəını idarə etdiyini, qanunsuz hərəkətlərdən xəbərinin olmadığını deyib. Santakana üç il üç ay müddətinə azadlıqdan məhrum edilib. Cütlük banka 6,6 milyon avro (təxminən 12 milyon manat) məbləğində təzminat ödəməlidir.

Qeyd edək ki, Sançes Vikario "Rolan Qarros"un üçqat qalibi və "Australian Open" çempionatının qalibidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun