Avstraliyanın Melburn şəhərində mövsümün ilk "Böyük Dəbilqə" turniri olan "Australian Open" turnirini işıqlandıran İngiltərənin "Daily Mail" qəzetinin jurnalisti Mayk Dikson 59 yaşında vəfat edib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə nəşrin saytında məlumat verilib.
1990-cı ildən "Daily Mail"də işləyən Dikson 38 il idman jurnalisti kimi çalışıb. Onun 60 illik yubileyi yanvarın 27 olacaqdı.
Onun ölüm səbəbi açıqlanmır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun