Ebeko vulkanı 3 km hündürlüyə püskürdü

18 Yanvar 2024 10:24

Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı Ebeko vulkanında hündürlüyü 3 km-ə çatan kül emissiyasını qeydə alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Dəniz səviyyəsindən 3 km-ə qədər yüksəklikyə kül emissiyası qalxıb", - deyə departamentdən bildirilib. Şleyf şərqə doğru 5 km-dən çox məsafəyə yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun