Yanğın baş verən yataqxanada tələbələr yaşayır? - RƏSMİ CAVAB

18 Yanvar 2024 00:48

Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib.

Elm və Təhsil Nazirliyindən Milli.Az-a bildirilib ki, FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub.

"Sumqayıt Dövlət Universitetinin rektoru, kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar", - nazirlikdən bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun