Türkiyəli kosmonavt bu gecə kosmosa uçacaq

17 Yanvar 2024 21:55

Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı 2024-cü il yanvarın 18-də yerli vaxtla saat 01:11-də kosmosa uçacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib.

Məlumata görə, Alpər Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

Qeyd edək ki, Gezeravcı kosmik missiyada İspaniya, İtaliya və İsveçdən olan astronavtlarla birlikdə iştirak edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun