Paşinyanla Koçaryan arasında dava düşdü

17 Yanvar 2024 20:37

Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana "sən" deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun