Efirdə qadından dəhşətli açıqlama: “İki övladım ABŞ əsgərlərinə satıldı” - FOTOlar

17 Yanvar 2024 17:04

Esra Erolun proqramına qatılan Şükran Bərbəroğlu iki övladının gənc yaşlarında "İncirlik"də xidmət edən ABŞ əsgərlərinə satıldığını bildirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, satışın uşaqların atası tərəfindən edildiyini iddia edib. 

Ş.Bərbəroğlunun sözlərinə görə, Xədicə adlı uşaq 4, Seçil isə 7 aylıq olub.

Adanada bir çox ailədə rast gəlinən bu vəziyyət ictimaiyyətdə böyük təəccüb yaradıb.

Belə ki, baş verənlər bütün diqqəti Cefri Epşteyn hadisəsinə çevirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun