Səbuhi Məmmədlinin dəfn yeri açıqlandı

17 Yanvar 2024 10:25

Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən jurnalist Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, o, bu gün Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.

Qeyd edək ki, 54 yaşlı jurnalist şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun