Qəzzada ölənlərin sayı artdı

17 Yanvar 2024 09:47

İsrail ordusunun Xan Yunis şəhəri yaxınlığında mülki infrastruktura endirdiyi hava hücumları və artilleriya hücumları 13 mülki şəxsin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.

Bununla da ərazidə bir gündə zərəçəkənlərin sayı 23-ə çatıb.

Agentliyin məlumatına görə, İsrail aviasiyası Xan Yunisin qərbində 4 evi vurub.

Şəhərin Əl-Nəmsəvi rayonunda bir neçə yaşayış binası da kütləvi atəşə məruz qalıb. Xan Yunisin qərbində və şərqində Batn əs-Səmin və Yeni Abasan ərazilərində artilleriya zərbələri endirilib.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin sayı 24 min 200-ü keçib, 61 mindən çox insan xəsarət alıb. Daha 8 min nəfər itkin düşmüş hesab olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun