Pakistan İrana nota verdi

16 Yanvar 2024 23:45

Xəbər verdiyimiz kimi, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Ceyş əl-Ədl" qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib.

Milli.Az məlumatla əlaqədar qafqazinfo.az-a istinadən xəbər verir. 

Qeyd edək ki, hücum Pakistanın İranla həmsərhəd olan Bəlucistan əyalətinə olub. Bu, İranın Pakistan ərazisinə ilk raket hücumudur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun