Avropa Parlamenti Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməyəcək

16 Yanvar 2024 23:00

Avropa Parlamenti Azərbaycanda növbədənkənar prezident seçkilərinə təxminən 3 həftə qalmış növbəti absurd addım atıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bəyanatın absurdluğu isə ilk növbədə onunla bağlıdır ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib.

Avropa Parlamentinin Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı nə düşündüyü isə o qədər də vacib deyil. Azərbaycanda seçkiləri izləmək üçün özü özünə dəvət göndərib, özü də o dəvətdən imtina edən Avropa Parlamentinin korrupsioner quruma çevrildiyini bir müddət əvvəl baş verən qalmaqallar ortaya qoydu.

Ermənipərəst parlamentarilərlə dolub-daşan Avropa Parlamenti yaxşı olar ki, korrupsioner damğasından xilas olmağın yollarını axtarıb tapsın, Azərbaycanda növbədənkənar seçkilərlə bağlı narahat olmasın. Azərbaycan xalqı fevralın 7-də öz layiqli seçimini edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun