Göygölun Üçtəpə kəndində elektrik təsərrüfatında olan problemin həllinə başlanılıb

17 Yanvar 2024 07:58

Göygöl rayonunun Üçtəpə kəndində uzun müddət elektrik təsərrüfatında olan problemin həlli istiqamətində işlərə başlanılıb.

MilliAz report.az-a istinadən xəbər verir ki, "Azərişıq" Qərb RETSİ-nin Göygöl paylayıcı elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib və qəzalı vəziyyətdə olan elektrik dayaqları yenilənib, elektrik naqilləri isə müasir tipli SİP 4x35mm kabel ilə əvəz edilib.

Qeyd edək ki, bu istiqamətdə işlər davam etdirilir.

Bundan əvvəl kənd sakinləri mütəmadi olaraq elektrik enerjisinin verilməsində yaranmış fasilədən şikayət edirdilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun