Ekvadorda 48 məhbus həbsxanadan qaçdı

16 Yanvar 2024 18:04

Ekvadorun Esmeraldas əyalətindəki həbsxanada 2 000 əsgər və polisin iştirakı ilə basqın həyata keçirilib. Nəticədə 48 məhbusun qaçdığı müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli Milli kompleks yardım xidməti (SNAI) məlumat yayıb.

İdarədən verilən məlumata görə, reyd yanvarın 14-də təşkil olunub. Təhlükəsizlik protokolları işə salındıqdan sonra qaçan beş məhbus tutulub. Eyni basqın zamanı bir məhbusun ölümü barədə məlum olub, səbəbləri hələ müəyyən edilməyib, SNAI sosial şəbəkədə "X"də öz hesabında bildirib.

Yanvarın 7-də Fito ləqəbli Los Çoneros cinayətkar qrupunun lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda vəziyyət gərginləşib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun