Raisa Lukutsova Moskvada ölü tapıldı - FOTO

16 Yanvar 2024 15:37

Rusiyadakı Qızıl Xaç Cəmiyyətinin keçmiş rəhbəri Raisa Lukutsova Moskvada ölü tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Lukutsovanın meyiti Moskvadakı mənzilində aşkarlanıb.

İlkin ehtimallara görə, ölüm təbii səbəblərdən baş verib. 74 yaşlı qadın xərçəngin dördüncü mərhələsində olub.

Lukutsova 2006-2021-ci illərdə Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edib. 2022-ci ildə məhkəmə ona Moskva yaxınlığındakı sanatoriyanı qanunsuz olaraq satmaq istədiyinə görə dələduzluq ittihamı üzrə dörd il şərti iş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun