Generala yüksək vəzifə verildi

16 Yanvar 2024 13:18

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə komitənin saytına istinadən xəbər verir.

DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.

O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.

Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun