Səbuhi Məmmədlinin vəziyyəti ağırdır

16 Yanvar 2024 10:50

Hazırda tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikanın Cərrahiyyə və Transplantalogiya Mərkəzinin Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alır.

Milli.Az bildirir ki, TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Zəruri müayinə və müalicələri davam etdirilir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun