Biləcəri TXM-də tüstülənmə oldu

16 Yanvar 2024 11:39

Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb", - məlumatda qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun