Daha bir ölkə təmsilçisinin adı açıqlandı

16 Yanvar 2024 06:58

Avstriyanı "Avroviziya" musiqi yarışmasında təmsil edəcək ifaçının adı açıqlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ölkəni müsabiqədə Kaleen təmsil edəcək. 29 yaşlı pop ulduz həm də peşəkar rəqqasədir. Onun hansı mahnını ifa edəcəyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. 

Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparırı. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun