Qadın pilot Amerika gözəli seçildi - FOTOlar

21 Yanvar 2024 09:03

ABŞ Hərbi Hava Qüvvələrinin leytenantı, Con Kennedi adına Harvard Dövlət İdarəçilik İnstitutunun magistrı Medison Marş Floridada finalı keçirilən "Miss Amerika 2024" müsabiqəsinin qalibi olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iyirmi iki yaşlı Marş milli səviyyədə bu cür titul alan ilk Hərbi Hava Qüvvələri zabiti olub. Müsabiqədə ABŞ-nin bütün ştatlarından, o cümlədən Kolumbiya dairəsindən 51 namizəd iştirak edib.

Xatırlaldaq ki, 2023-cü ildə "Miss Amerika" müsabiqəsinin qalibi Viskonsin ştatından olan 20 yaşlı Qreys Stanke olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun