Şərqi Çində arxeoloqlar tərəfindən 300-dən çox qədim sərdabə aşkar edilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qəbirlər Şandunq əyalətinin şərqindəki Tsinnan şəhərində tapılıb.
Söhbət Çin tarixinin çox fərqli dövrlərinə aid olan məzarlardan gedir. Sərdabələr Döyüşən Dövlətlər dövründən (e.ə. 475-221) Tsin sülaləsinə qədər (1644 - 1911) olan dövrü əhatə edir.
Həmin ərazidə arxeoloqlar həmçinin bir neçə qədim soba, səkkiz quyu və gil qablar, keramika boşqablar və sikkələr də daxil olmaqla 850 digər artefakt aşkar ediblər.
Tsinnan Arxeologiya İnstitutunun məlumatına görə, tapılan qəbirlər nizamlı şəkildə düzülüb.
Alimlər həmçinin qeyd ediblər ki, məzar kompleksləri çox güman ki, yüz illər boyu istifadə olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun