SEPAH ABŞ-nin Ərbildəki konsulluğunu vurdu - Ölənlər var - VİDEO

16 Yanvar 2024 09:00

------
09:00

Milli.Az xəbər verir ki, yerli media ABŞ-ın Ərbildəki konsulluğunun İranın ballistik raketi nəticəsində demək olar ki, tamamilə məhv edildiyini yazır.

------
07:38

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqın şimalındakı Ərbil şəhərinə endirdiyi zərbələr nəticəsində azı 4 nəfər həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qurbanlar arasında ABŞ hərbçiləri və ya koalisiya qüvvələrinin olmadığı qeyd edilir. Eyni zamanda koalisiya qüvvələri Ərbil hava limanı yaxınlığında 3 pilotsuz təyyarəni vurub.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Ərbil şəhərində (İraqın şimalı) anti-İran qruplaşmalarının mövqelərinə hücum edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İRNA agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İraqın Ərbil şəhərindəki konsulluğuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Amerika diplomatik missiyasının yaxınlığındakı 8 obyektə hücum edilib. Xüsusilə, ABŞ Konsulluğu ərazisində və ərazisində Amerikanın "Hərir" hərbi bazasının yerləşdiyi beynəlxalq hava limanında partlayış səsləri eşidilib.

"İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casusların qərargahı SEPAH-ın ballistik raketlərinin hücumuna məruz qalıb və məhv edilib" - agentlik bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun