Türkiyədə sərnişin avtobusu qəzaya uğradı: 9 ölü, 30 yaralı

16 Yanvar 2024 07:07

Türkiyənin Aydıncık bölgəsində (Mersin vilayəti) avtobusun qəzaya uğraması nəticəsində azı 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Antalyadan Mersinə gedən avtobus maneəyə çırpılıb, daha sonra aşıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun