Çox istərdik ki, Çin bu sammitdə iştirak etsin - Zelenski

16 Yanvar 2024 06:59

Ukrayna tərəfi Çinin sülh sammitində iştirakında maraqlıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Ölkələrin siyahısına (sülh sammitinin iştirakçıları - red.) gəlincə - biz dünyanın suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət edən bütün ölkələrinə açığıq. Biz istərdik ki, "qlobal cənub" ölkələri də sammitdə iştirak etsinlər. Zirvədə bütün ölkələrin liderlərinin olması çox vacibdir. Çin dünyada böyük rol oynayır, çox istərdik ki, Çin də "Sülh formulunda" və sammitdə iştirak etsin", - Zelenski vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun