Biləsuvar sakini buzlu yolda yıxılaraq ölüb

15 Yanvar 2024 22:37

Biləsuvar rayon sakini buzlu yolda yıxılaraq dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.

Məlumata görə, Biləsuvar şəhər sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkət edərkən buzlu yolda sürüşərək yıxılıb.

Baş nahiyəsindən ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun