Quranı yandırmaq istədilər, müsəlmanlar müdaxilə etdi, polis dəyənəyə əl atdı

15 Yanvar 2024 19:21

Niderlandın Arnhem şəhərində müsəlmanlar Qurani-Kərimi yandırmaq cəhdinin qarşısını alıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Avropada sağçı ekstremistlər təxribat üçün yenidən hərəkətə keçiblər. Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar (PEGIDA) tərəfdarlarından bir qrup Arnhem bələdiyyəsindən aldıqları icazə ilə Qurani-Kərimi yandırmağa cəhd ediblər.

Şəhərdə yaşayan müsəlmanlar çirkin aksiyanın qadağan edilməsi üçün bələdiyyəyə müraciət etsələr də, tələbləri rədd edilib.

İslam düşmənləri Quranı yandırmaq istəyərkən, müsəlmanlar müdaxilə edərək aksiyanın qarşısını almağa çalışıblar. Həmin müsəlmanlara polis dəyənəklərlə müdaxilə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun