Bir çox ölkələrdə, xüsusən də ABŞ-da ibtidai məktəblərdən orta məktəblərə qədər təsir edən LGBT lobbisi yeni qaydalarla təhlükə yaratmağa davam edir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Şotlandiyada inanılmaz qanunun qüvvəyə minməsi gündəmə gəlib.
Muxtar parlamentdə çoxluq təşkil edən SNP hökuməti LGBT-ni dəstəkləyən yeni qanun layihəsini parlamentə təqdim edib. Hökumət yetkinlik yaşına çatmayan uşaqların cinsi oriyentasiyasını və cinsi kimliyini sıxışdırmağa və ya dəyişdirməyə məcbur etməyi qeyri-qanuni edəcək yeni qanunlar üzərində işləyir və ciddi dəyişikliklərə hazırlaşır.
Bu qanun layihəsinə əsasən, övladlarının cinsini dəyişməsinə icazə verməyən şotlandiyalı valideynlərə həbs cəzası tətbiq olunacaq. Sözügedən qanun qəbul olunarsa, valideynlər 7 ilə qədər həbs oluna bilər.
Qeyd edək ki, 86 səhifəlik qanun layihəsində dini dəyişmə, fiziki zorakılıq və məcburi nikahla bağlı maddələr də var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun