Yer yarıldı, yoxa çıxdı – İtkin düşən şəxsi tapa bilmirlər

15 Yanvar 2024 20:06

İslandiyada fəhlə zəlzələ və vulkan püskürməsi nəticəsində yaranan nəhəng çata yıxıldıqdan sonra axtarışlara başlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, itkin düşən şəxs balıqçı şəhəri Qrindavikdə zəlzələlər və vulkanik fəaliyyət nəticəsində yaranan çatları doldurmaq üçün işləyirmiş.

Yüzlərlə xilasedicinin cəlb olunduğu axtarış işləri gecə saatlarında dayandırılmalı olub.

Cənubi İslandiya polisinin rəisi Ulfar Ludviksson "Biz axtarışı gecə yarısı dayandırmalı olduq, çünki işləyənlərin təhlükəsizliyinə zəmanət verə bilmədik",- deyə əlavə edib.

Qrindavik Bələdiyyə Başçısı Fannar Conasson qəzanın "hamını çox təəccübləndirdiyini" söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun