“Qarabağ” “Zirə”ni darmadağın etdi

15 Yanvar 2024 18:48

Mövsümün ikinci yarısının hazırlığını Bakıda davam etdirən "Qarabağ" bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Zirə" ilə qarşılaşıb. Matç Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın qollarını Leandro Andrade, Redon Cica, Riçard Almeyda (penalti) və Nəriman Axundzadə vurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun