Ötən ildə ən çox bu söz işlədilib

21 Yanvar 2024 18:47

İngilis dilinin ən tanınmış mənbələrindən biri olan "Merriam-Webster" lüğəti 2023-cü ilin sözü olaraq "orijinal"ı (authentic) təyin edib.

Milli.Az lent.az-a istinadən bildirir ki,  "Merriam-Webster"in internet saytında yazılana görə, bu ilki sözə maraq süni intellekt və sosial mediadakı proseslərdən qaynaqlanıb.

İlin ən çox işlədilən sözü olan "orijinal" "2023-cü ilin sözü" elan edilib, çünki il ərzində axtarış nisbətlərində bu sözdə artım müşahidə olunub.

"Orijinal"ın populyarlaşmasının səbəbi "gerçək" və "saxta" arasındakı xəttin getdikcə bulanıqlaşması olaraq izah edilib.

Ən çox axtarılan digər söz isə saxta videolara imkan verən və süni intellektə əsaslanan texnologiya üçün istifadə edilən "deepfake" sözü olub.

Xatırladaq ki, "Merriam-Webster" lüğəti "bir insanın öz həqiqətlərini şübhə altına almasına səbəb olacaq şəkildə manipulyasiya edilməsi" üçün istifadə edilən "gaslighting" terminini "2022-ci ilin sözü" olaraq elan etmişdi.

"2021-ci ilin sözü" isə "peyvənd" olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun