Daha bir ölkədə güclü zəlzələ oldu

15 Yanvar 2024 15:18

Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 143 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun