Biznesmen taksi sürücüsünə avtomobil hədiyyə etdi

15 Yanvar 2024 18:29

Rusiyada inşaat biznesmeni taksi sürücüsünə CİP hədiyyə edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, biznesmen Moskvada vacib tender layihəsinə qatılmalıymış. O, Soçiyədək taksi ilə gəlməyi planlaşdırsa da Krım körpüsü yaxınlığında tıxaca düşüb. Buna baxmayaraq taksi sürücüsü biznesmeni vaxtında aeroporta çatdıraraq vaxtında qeydiyyatdan keçməsinə səbəb olub.

Biznesmen müqaviləni bağlayandan sonra Simferopola geri qayıdıb. Biznesmen taksini şəhərdəki avtosalonlardan birinə sifarişlə çağırıb və sürücüyə maşın hədiyyə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun