Meksikada 45 yaşlı qadın adam oğurluğu ittihamı ilə həbs edilərək 12 il məhkəməsiz həbsxanada saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, vu barədə "People" məlumat yayıb.
Veronika Razo Kasales 2011-ci ilin yayında Mexikodakı evinin yaxınlığında küçədə saxlanılıb. Həbs mülki geyimli bəzi şəxslər tərəfindən, anasının və iki uşağının gözü qarşısında həyata keçirilib.
Qadınla birlikdə onun qardaşı Erik də saxlanılıb. Şəxsiyyətini göstərməyən təhlükəsizlik işçiləri meksikalı qadını adam qaçırmaqda ittiham ediblər. O vaxtdan bəri həbsdədir, amma məhkəməsi heç vaxt baş tutmayıb.
Kasales iddia edir ki, həbs olunduqdan bir neçə saat sonra o, cinsi təcavüzə və elektriklə işgəncəyə məruz qalıb.
"Həbsxanada olanda işgəncələrə və təcavüzə məruz qaldım. Ailəmi görə bilmədim, çünki onlar ilk üç ayda ziyarətləri ləğv etdilər. Beləliklə, mən çox dərin depressiyaya düşdüm", - qadın deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun