Məşhur polşalı teatr və kino aktyoru Marek Litevka 76 yaşında vəfat edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" aktyorun son illərdə əlaqə saxladığı Krakov STU teatrına istinadla məlumat yayıb.
Bildirilib ki, o, yanvarın 12-də vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Marek Litewka karyerasına 1970-ci illərdə başlayıb. O, rus tamaşaçılarına "Həyat kralı", "Fotoqrafiya", "Reviziya", "Polis", "Cinayət dalğası" və bir çox başqa filmlərdəki rolları ilə tanınır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun