Rusiyalı məşhur iş adamı vətəndaşlıqdan imtina etdi

14 Yanvar 2024 22:13

"Texnosila"nın keçmiş sahibi, iş adamı Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Linkedin" səhifəsində yazıb.

"Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım", - deyə Kokoriç bildirib.

O əlavə edib ki, vətəndaşlıqdan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.

Qeyd edək ki, "Texnosila" elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti "Dauria Aerospace"i təsis edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun