ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir

14 Yanvar 2024 20:45

ABŞ Dövlət Departamentinin Korrupsiyaya Qarşı Mübarizə üzrə Koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək.

Müzakirələrdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönələcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun